Villasının həyəti görsənməsin deyə... - Tərtərin icra başçısı haqda iddia + VİDEO
Baxiş sayı:
Dərc olunub:
22/05/2020 - 22:12
Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb.
"Yenisabah.az" xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir.
“Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”, - deyə, məlumatda qeyd olunub.
Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.
Xəbərdə o da iddia edilir ki, Müstəqim Məmmədovun yaşadığı ev dövlət əmlakı olub.
İcra başçısı onu özəlləşdirərək özünə ev edib.
Şərhlər
Taleh qaraşovun Lənkəranın Xan bulan adlanan yerdə villası var.Onu icra və bələdiyə sədrlərinə tikdirib.Dəmir yol vağzalı ərazisində bütün dəniz kənarını özəlləşdirib istirahət mərkəzi tikdirir.Hal hazırda da məktəb müəllimlərindən ayda 20 manatdan yığırlar icra başçısı üçün.Taleh Qaraşov respublikada gedən prosesləri görmür ....
Qabiliyyəti ədalətli işlə dolu, "cibi boş"ları nə vaxtsa, kimsə istinadçı seçibmi?
Terterde camahat bezib bunun elinnen
BUNA ANALOQU OLMYAN ISLAHAT DEYILIR.X...DUZALAJAQ
Natiq emirovun siyezendeki imaretine quşda qonaq bilmir. Cenab prezidentin yanında Natiq emirov özünü melek kimi aparır ama menim körpem Natiq emirova göre doğum şedatnamesini 2 yaşında alıb. Resmi nikah olmuyub mehkemede süründürüb. övladımın aliment haqqına girib tehdid olunmuşuq tehqir olunmuşuq ses yazıları var. Arvadı şehidimizi söyüb. Qaynı millet söyür. Sesimizi Cenab prezidente Mehriban xanıma çatdıracam.
Şəkinin İcra Başçısının, 1-ci müavininin,müavinlərinin mülkləri ondan çoxdur,ancaq nə üçün ondan yazmayırlar, kimlər onları müdafiə edirlər ?