Azərbaycan millisinin futbolçusu "Nürnberq"ə qol vurub

Almaniya II Bundesliqasında XXVII tura start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Aue" səfər matçına çıxıb.

Aşağı pillələrdə qərarlaşan "Nürnberq"in qonağı olan "Aue" səfərdən 1:1 hesablı bərabərliklə dönüb. Qonaqların heyətində yeganə qola 51-ci dəqiqədə məhz Nazarov imza atıb. Start heyətində yer alan yarımmüdafiəçi hesabı açsa da, 63-cü dəqiqədə ev sahibləri avtoqol sayəsində məğlubiyyətdən qaçıblar. Nazarov qarşılaşmanın 66-cı dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, aktivindəki xalların sayını 38-ə yüksəldən "Aue" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar