Trampdan Rusiyaya tibbi aparatların göndərilməsinin izahı tələb olunur

ABŞ Nümayəndələr Palatasında təmsil olunan Demokratlar Partiyasının üzvləri ölkənin Prezidenti Donald Trampdan süni nəfəs aparatlarının Rusiyaya göndərilməsini izah etməyi tələb ediblər.

"Report" "The Hill" nəşrinə istinadən xəbər verir ki, komitə sədrləri ABŞ-da koronavirusla bağlı vəziyyətin gərgin olduğu halda Rusiyaya süni nəfəs aparatlarının göndərilməsini ilə bağlı narahatlıq hissini ifadə ediblər. Onların fikrincə, ölkə başçısı vergiödəyicilərin pulunu siyasi dividendlər əldə etmək üçün istifadə edib.

Konqresmenlər qeyd ediblər ki, həqiqətən yardıma ehtiyacı olan ölkələrə tibbi təyinatlı malların göndərilməsinin əleyhinə deyillər, amma həmin “olduqca vacib, xilasedici aparatlar təcili olaraq ABŞ-ın özünə lazımdır”.

ABŞ liderindən iyunun 4-nə kimi başqa ölkələrə tibbi avadanlığın göndərilməsi ilə bağlı məlumatı Konqresə təqdim etmək, həmçinin maliyyələşdirmə mənbəyini açıqlamaq tələb olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar