Komitə sədri ekoloqları təbrik edib

Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ekologiya sahəsində çalışanları peşə bayramı münasibətilə təbrik edib.

Komitə sədri yazır:

"Əziz təbiəti sevənlər və ekologiya sahəsində çalışanlar!

Bu gün - 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramıdır. Bu münasibətlə hörmətli nazir Muxtar Babayev başda olmaqla, bütün nazirlik əməkdaşlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.

Bildiyimiz kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi 23 may 2001-ci il tarixində AR-nın Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və AR-nın Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin bazasında yaradılmışdır. Yarandığı gündən kifayət qədər uğurlu işlər görmüş, ölkəmizdə ekoloji tarazlığın qorunmasına öz töhfəsini vermişdir.

Həllini gözləyən bir sıra ekoloji problemlərin olmasına baxmayaraq, inanıram ki, qarşılıqlı əməkdaşlığımız (qanunverici hakimiyyətlə icraedici hakimiyyət) sayəsində, yaranmış və yarana biləcək bütün problemlərin öhdəsindən layiqincə gələcəyik.

Son dövrlərdə bəşəriyyətin bəlasına çevrilmiş Covid-19 pandemiyası göstərdi ki, insanlar təbiətə olan münasibətlərini yaxşı mənada dəyişməklə, onun ehtiyyatlarından səmərəli istifadə etməklə, gələcəkdə baş verə biləcək daha təhlükəli təbiət hadisələrinə düzgün müqavimət göstərməyə nail ola bilərlər. 

Hörmətli ekoloqlar!

Danılmazdır ki,sizin fəaliyyətiniz insanların həyatında mühüm əhəmiyyətə malikdir.

Bir daha sizi səmimi qəlbdən təbrik edir, bu şərəfli və məsuliyyətli peşənizdə bol-bol uğur və yüksək nailiyyətlər arzu edirəm!"

635x100

Şərhlər

t.ədalət 2020-05-23 23:36:13

Təəssüflər olsun ki,hələ də ekoloqlar Azərbaycanb təbiətinin məhv edilmiş ərazilərinin,itmiş çayların,dağıdılmış yaddaş yerlərinin xəritəsini hazırlamayıblar.Sovet dönəmində kiçik çaylar qurudulur,yaxud da yer səthindən silinirdi.Pambıq tarlalarını genişləndirmək üçün hara gəldi müdaxilə edilirdi.Dərələr-təpələr hamarlanırdı.Rəhmətlik Məmməd Arazın redaktoru olduğu "Azərbaycan təbiəti" jurnalını isə yerli-dibli yox etdilər.

Son yazılar