Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı 730-a çatdı

24.05.2020, 10:56
Gürcüstanda koronavirusa yoluxanların sayı 730-a çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 2 nəfər artaraq 730-a çatıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə COVID-19-dan 522 nəfər sağalıb, 12 nəfər isə ölüb.

Hazırda ölkə üzrə karantində 3 511, stasionar nəzarətdə isə 243 nəfər saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol