Menu

Fransa çempionu avtomobil qəzasında öldü

24.05.2020, 11:06
Fransa çempionu avtomobil qəzasında öldü

Fransanın "Oser" klubunun keçmiş futbolçusu Fabris Lepol avtomobil qəzasında dünyasını dəyişib. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, faciəvi hadisə mayın 22-nə keçən gecə baş verib. O, 43 yaşında həyatını itirib.

Qeyd edək ki, Fabris Lepol yetirməsi olduğu "Oser"lə 1995/1996 mövsümündə Fransa çempionu olub. Lepol 1997-ci ildə də avtomobil qəzasına düşüb. Nəticədə o, həmin hadisədən bir neçə il sonra karyerasını bitirməli olub. Mərhum futbolçu "Sent-Etyen" və "Kan"da da çıxış edib.

Onun oğlu Esteban Lepol da peşəkar futbolçudur. O, hazırda "Lion"un gənclərdən ibarət komandasında çıxış edir.  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol