İRAN ABŞ-a MEYDAN OXUDU - Maduroya benzin çatdırmağa başladı

İran ABŞ-ın təhdidlərinə və xəbərdarlıqlarına baxmayaraq Venesuelaya benzin daşımağa başlayıb. Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, benzin yüklü ilk İran tankeriartıq Venesuela sahillərinə çatıb. “Fortune” adlı tanker Venesuelanın dövlət PDVSA neft şirkətinin limanlarından birinə yan alıb.

Qeyd edək ki, ABŞ sanksiyaları altında yaşayan Venesuelada kəskin benzin qıtlığı yaranıb, ölkənin neftayırma müəssisələri ümumi istehsal gücünün ancaq 10 faizi həcmində işləyə bilir. Belə vəziyyətdə ABŞ-ın sanksiyaları altında olan və hasil etdiyi nefti, benzini leqal şəkildə ixrac etməkdə çətinlik çəkən İran öz müttəfiqinə yardıma tələsib. Tehran 1.53 milyon barrel benzin və komponentlərini Venesuelaya göndərəcəyini açıqlayıb.

Xəbər verilir ki, İran tankerini Venesuelanın ərazi sularında bu ölkənin hərbi gəmiləri və təyyarələri müşaiyət edib. Çünki bundan əvvəl ABŞ administrasiyası sanksiyaları pozaraq Venesuelaya benzin daşıyan tankerlərə qarşı tədbirlər görüləcəyini açıqlamışdı.

Lakin İranın “Fortune” tankeri Venesuela sahillərinə yan alarkən heç bir manə ilə rastlaşmayıb. İranın Venesueladakı səfirliyi bu barədə bildirib və Venesuela ordusuna tankeri müşaiyət etdiyi üçün təşəkkür çatdırıb. Venesuelanın xarici işlər naziri Xorxe Arreasa isə bildirib: “İran və Venesuela çətin günlərdə bir-birlərinə həmişə dəstək veriblər”.

İranın Venesuelaya göndərdiyi yanacağın ümumi dəyəri 45.5 milyon dollardır. Gözlənilir ki, bu təchizat sayəsində Venesuelada yanacaq böhranı zəifləyəcək. 1.53 milyon barrel benzinlə yüklənmiş “Fortune” tanjeri İranın Şəhid Rəcayi limanından 72 gün əvvəl yola çıxmışdı, onun ardınca “Clavel”, “Forest”, “Faxon” və “Petunia” adlı tankerlər də Venesuela sahillərinə istiqamət alıb. Amerika qüvvələri beynəlxalq sularda İran tankerlərini izləsə də onlara müdaxilə etməyib. Bununla belə “The Wall Street Journal” xəbər verir ki, ABŞ administrasiyası Venesuelaya yanacaq təchizatına görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.

635x100

Şərhlər

BAKILI 2020-05-25 14:21:31

Qariwqa file meydan oxuyur

Son yazılar