Menu

Gürcüstanda koronavirusa 735 nəfər yoluxub

27.05.2020, 10:45
Gürcüstanda koronavirusa 735 nəfər yoluxub

Gürcüstanda koronavirusa yoluxanların sayı 3 nəfər artaraq 735-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasından 557 nəfər sağalıb, 12 nəfər isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 3 076, stasionar nəzarətdə isə 250 nəfər saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol