JURNALİSTLƏRƏ EV BÖLGÜSÜ ARAŞDIRILIR! – Prokurorluq jurnalistlərdən ifadə alır

Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb. Bu barədə criminal.az saytının yaydığı məlumatda bildirilir ki, müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.

İdarəyə çağırılan jurnalistlərin verdiyi məlumata görə, onlara Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan (KİVDF) yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, Fondun keçirdiyi müsabiqədə əsasən eyni adamlara birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verilib.

Məqalədə müraciət müəlliflərindən biri kimi adı keçən AFN.az saytının baş redaktoru Həbibə Abdulla "AzPolitika.info"-ya açıqlamasında yayılan məlumatın doğru olduğunu təsdiqləyib.

O bildirib ki, sözügedən müraciəti tanınmış jurnalist Vəfa Fərəc "Facebook"-da paylaşmışdı, bəzi məqamları ilə razı olmasa da, ümumilikdə dəstəklədiyini bildirib. "Adımız qeyd olunmaqla Prezident Administrasiyasına müraciət ünvanlandı. Çox sevindirici haldır ki, reaksiya verilib və araşdırmalara başlanıb. Ümid edirik ki, jurnalistlərin verdiyi faktlar qulaqardına vurulmayacaq, haqq etməyib mənzil alanlar da, onlara mənzil verənlər də lazım olan cəzanı alacaqlar. KİV DF-yə ayrılan və oradan qəzetlərə, jurnalistlərin maddi-məişət vəziyyətinin yaxşılaşdırılması üçün qəzetlərə ayrılan vəsaitlərin necə xərclənməsi, müsabiqələrin keçirilməsi, nəticəsi haqda dəqiq faktlara malikəm. Hamısını hüquq-mühafizə orqanlarına təqdim etməyə hazıram. Mənim məqsədim haqqı tapdanan həmkarlarımın haqqını tələb etməkdir. Başqa heç bir niyyətim yoxdur", - deyə H. Abdulla vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Ağayev Ağahüseyn 2020-05-27 18:00:46

Orada elələri var ki,Əlinin tələbəyoldaşıdır onun Qvardiya evində evi ola-ola təzə binadanda ev QAPAZLAYIB.Ğuya hec kim bilmirdi bu evlər necə paylanır.Buna deyərlər daldan atılan daş.Onu Cən.PREZİDENT İşdən azad edəndən sonra başlandı mərəkə.

BAKILI 2020-05-27 16:25:23

Bu .... numayendesidir

t.ədalət 2020-05-27 14:45:15

Prezidentin jurnalistlər üçün tikdirdiyi binalardakı mənzillər üç nəfər,yəni Əli Həsənov,Sona Vəliyeva və Vüqar Səfərli tərəfindən bölünürdü.Təsəvvür edin ki,jurnalist Fazil Rəhmanzadəyə "müstəqil jurnalist" kimi mənzil ayırdılar.Orduda xidmətdən,cəbhə xəttində Vətənin müdafiəsindən qaçıb gizlənənlərinŞhətta övladlarına mənzil verdilər.Məsələn,müharibənin dəhşətlərini yaşayanlardan,ancaq birinə,o da Prezidentə təkrar-təkrar müraciət etdikdən sonra mənzil verildi.Əli Həsənov mənzil bölgüsünü bazara çevirmişdi.Yazı-pozu adamlarına rüşvətlə mənzil verilməsi lap dəhşətdir.Sual oluna bilər ki,axı,sən necə jurnalistsən ki cinayətkarlara qoşulub mənzil alırsan?Yoxlama,məncə elə burdan başlamalıdır.

Son yazılar