Menu

İranda təkfirçi qrupların 14 üzvü saxlanılıb

27.05.2020, 20:48
İranda təkfirçi qrupların 14 üzvü saxlanılıb

İranın Xuzestan əyalətinin Mahşəhr şəhərində təkfirçi qrupların 14 üzvü saxlanılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, həbs olunan şəxslər Bəsic və polis qərargahlarına odlu silahlarla hücum etməkdə ittiham olunur.

Saxlanılan şəxslərdən 5 motosiklet və 12 mobil telefon müsadirə olunub.

Faktla bağlı cinayət işi açılıb. 9 nəfər haqqında həbs qərarı çıxarılıb. Digərlərinin işi ilə bağlı təhqiqat davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol