Ukraynada koronavirusa yoluxanların sayı 23 minə yaxınlaşır

Ukraynada daha 429 nəfərdə koronavirus aşkarlanıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, bununla da ölkədə yoluxma hallarının sayı 22 811-ə çatıb.

Məlumata görə, son sutkada Ukraynada daha 10 pasiyent koronavirusun qurbanı olub. Ümumilikdə ölənlərin sayı 679-a yüksəlib.

Qeyd olunub ki, indiyədək Ukraynada 8 934 pasiyent koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar