Menu

Bakıda "Jeep"in vurduğu piyada öldü

29.05.2020, 12:51
Bakıda "Jeep"in vurduğu piyada öldü

Xəzər rayonunun Buzovna qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Azad Əliyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol