La Liqada yeni mövsümün başlayacağı tarix açıqlandı

Futbol üzrə İspaniya La Liqasında 2020/2021 mövsümünün başlayacağı tarix açıqlanıb.

"Report"un məlumatına görə, "Marca"ya açıqlama verən La Liqanın prezidenti Xavyer Tebas yeni mövsümə sentyabrın 12-də start verməyi planlaşdırdıqlarını söyləyib.

O, mart ayında koronavirusa görə dayandırılan çempionatın iyunun 11-də bərpa olunacağını yenidən təsdiqləyib.

Qeyd edəkk ki, La Liqada turnir cədvəlinə 58 xalla "Barselona" başçılıq edir, ikinci sıradakı "Real Madrid"in 56 xalı var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar