“SƏN MÜDAFİƏ NAZİRİSƏN!...” – Milli Məclisdə Zakir Həsənov və Nəcməddin Sadıkov tənqid olundu

Millət vəkili Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında Müdafiə naziri Zakir Həsənovu tənqid edib.

APA-nın məlumatına görə, deputat çıxışında Zakir Həsənovu və Baş Qərargah rəisi Nəcməddin Sadıqovun Azərbaycan dilini təmiz bilmədiyini bildirib: “Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Zakir Həsənov da, Baş Qərargah rəisi Nəcməddin Sadıqov da azərbaycanca yaxşı danışa bilmirlər”.

Deputat separatçı rejiminin yeni “rəhbəri”nin Şuşada “inauqurasiya” mərasiminin keçirilməsinə də toxunub: “Biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. Sən müdafiə nazirisən. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa, müəyyən addımlar atmalıydıq”.

Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, ehtiyac yaransa, Müdafiə naziri MM-ə dəvət olunar, o da təkliflərini verər: “Mən də bu məsələni çox ciddi şəkildə izlədim. Xaricdə oturan bəzi qüvvələr dedilər Azərbaycan raket atmalıdır, biri dedi, Şuşa bombalanmalıdır. Bu, artıq müharibənin başlanması deməkdir. Milli Məclis qərar qəbul etməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün sülh danışıqlarını ikinci plana atmalıdır. Milli Məclisdə qərar qəbul edilmədən provokasiyaya getmək olmaz. Bu, uşaq oyuncağı deyil. Ermənistan şou düzəldir. Beynəlxalq aləm bilir ki, Paşinyanın ora gəlməsi də şoudur. Biz bu məsələdə çox soyuqqanlılıqla düzgün qərar qəbul etməliyik. Müharibə istəyiriksə, bununla bağlı qərar verməliyik. Bu məsələyə 90-cı illərdəki kimi yanaşmaq doğru deyil. İndi dayandoldurum dövrü deyil. İndi raketlər dövrüdür. Bu məsələlərə yanaşanda həssas olmalıyıq”.

***

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında çıxış edən millət vəkili Vahid Əhmədov Müdafiə Nazirliyinin rəhbərliyini tənqid edib.

“AzPolitika.info”-nun məlumatına görə, millət vəkili bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi ermənilərin cəbhə xəttində artan özbaşnalıqlarının qarşısını almaq üçün Prezidentə təkliflər verməli olduğu halda, bunu etmir.

O həmçinin nazir Zakir Həsənovun və Baş Qərargah rəisi Nəcməddin Sadıkovun Azərbaycan dilində danışa bilmədiklərini vurğulayıb.

Deputat Səyavuş Novruzov Vahid Əhmədovun fikirləri razılaşmadığını bildirib. Bəxtiyar Əliyev isə çıxışına görə Vahid Əhmədovu tənqid edib.

635x100

Şərhlər

Toplum təhlildə 2020-06-12 17:14:39

Hər ikisinin Xaçaturov qayğısının vəzifə borcundan üstün tutdu

KƏRKİcahandar gərək 2020-06-02 14:56:07

Amma, öz içi ilə status-kvo, Aprel cavabından geri çəkmək daha aşağı ...?

eko 2020-06-02 09:52:26

doqma dilini bilmeyen memurlar , ishden qovulmalidilar Baki meri daxil olmaqlaBunnardan Veteni Milleti seven olmaz

Vətən daş altında 2020-06-02 06:44:35

MN bəyanat verməz, Ana Yasa qanununu bütöv icra edər!

azad 2020-06-01 22:28:11

ana dilini bilməyən məmur bu millətə xidmət etməz danışdığ dilə xidmət edər.

Səlim 2020-06-01 15:17:52

Hansı deputatın nə deyəcəyi önəmli deyil. Önəmli olan onun hansı beyinlə işləməsidir? Bu da faktdır ki, kim nə deyir desin uşaqlıqdan öz ana dilində danışmayan, özgənin dilində təhsil alan, onun tarixini, keçmişini, o dildə özlərinə sərf eliyən kimi bütün məlumatları, mövzuları hətta tarıxlərini yazanda, o nisanın beynidə həmin dili daşıyan xalqın fikirləi liə həmfikir olur. Həyatda da bir çox məqamlarda o dil daşıyıcısının adət ənənəsinə, düşüncəsinə yaxın olur. Yox hamı elə deyi..? Hamı plmasada böyük əksəriyyəti elədir. Bu təkzibolunmazdır. ..

azad 2020-06-01 10:40:20

ana dilini bilməyən məmur bu millətə xidmət etməz danışdığı dilə xidmət edər.

Tanish 2020-05-31 23:18:36

Halva-halva demekle agiz shirin olmaz. ... Sheherin merkeznde Tagi Ehmedovun gerergahinin yaninda olan MN erazisinde heresinin 3-4 vilasi var ve vilalar tikilmekde davam edir. Zaten bu MN yaranandan Sadigov hemin vezivededir ve S.Ebiyevlede yola getmirdi....

Nadir 2020-05-31 23:01:30

vahid dilə görə tənqid olunmayıb. O Irəvanın əzəli Azərbaycan torpağı olduğunu deyən Prezidentə irad tutduğuna görə tənqid olunub. Əsas məsələdən fikri yayındırmayın. Əli hüseynli və Fəzail Ibrahimli və digər deputatlar çıxışlarında bunu tam ifadə etdilər

Kamil 2020-05-31 22:57:02

Məmurlar ana dilimizi bilmir? Dəhşətdir.....

Aborigen 2020-05-31 21:56:38

"Bu, artıq müharibənin başlanması deməkdir." Vallah, mən elə bilirdim ki, müharibə 1988-ci ildən başlayıb. Görünür ki, qanmamışam. ,

Azəri 2020-05-31 18:22:25

Çox maraqlıdır görəsən öz dilimizdə bilməyin və danışmağın Bəxtiyar müəllimə nəyi xoş gəlmiyib ki, Vahid müəllimə qarşı çıxıb??

Mubariz 2020-05-31 18:11:42

Duzgun,haqlı tenqiden netice cixarmaq lazimdir.Her bir vetendsdh öz ana diline hormetle yanaşmalıdır.

Azəri övladı. 2020-05-31 17:56:40

Doğru söz bəzilərinə acı gəlir.Amma doğrunu acı olsa da qəbul etməyi bacarmaq lazımdır.

Cehrili 2020-05-31 17:55:27

Seyavush muellim,hele ehtiyac yaranmayib????

X 2020-05-31 17:52:33

Ermeniler Rusya ile hansi seviyyede herbi ittifaq qurublarsa bizde Turkiye ile qurmaliyiq neyin bahasina olursa olsun. Bu hakimiyyet ne fikirlesir rus deyecek get menim esgerimi oldur.

Duzgun islahat 2020-05-31 17:36:42

Internetde You Tube kanallarinda videolarda choxlu genish melumatlar ve shikayetler var ki, ORDU ....

Ağayev Ağahüseyn 2020-05-31 17:15:46

V. ƏHMƏDOV HAXLIDIR MÜHARİBƏ QACILMAZDIR.Donuz darıdan kişlə cıxmaz.Hamımız ya öldürməliyik ya ölməliyik.BU BEQİRYƏTLİYİ Ğələcək nəslin üzərinə qoyub ğetmək OLMAZ.

Aqil 2020-05-31 17:01:19

Halal olsun Vahid canablarina.

Əli 2020-05-31 16:04:17

biz Vahid Əhmədovun fikirlərini dəstəkləyirik, bəxtiyar əliyevə gəlincə onun mövqeyi xalqa aydın deyil. Qarabağı biz heç kimə bağışlamaq fikrimiz yoxdur. Şuşada inaqurasi

ilqar 2020-05-31 14:38:11

bəxtiyar əliyev 20 ildi orada sadəcə oturub.başqa nə deməlidir ki?

Əbülfət 2020-05-31 14:31:12

Lazım gələrsə torpaqlarıimizi uzağı bir həftəyə azad edərik, bu axı nə məsələdir buna görə mübahisə edirsiz?

Siyavuşa 2020-05-31 14:29:45

Doğru söz bəzilərinə acı gəlir.Amma doğrunu acı olsa da qəbul etməyi bacarmaq kişilikdəndir.

Kamil 2020-05-31 14:17:54

Ay Siyavuş.Novruzov,ehtiyac yaransa dedikdə nə düşünürsünüz? Qaradan artıq rə'ng varmı? Erməni 30 ildir Azərbaycanın torpaqlarını zəbt edb.hər şeyini sorur,tikir.yol çəkir,Siz isə "Lazımı" gözləyirsiniz..Bu necə yanaşmadır? Bu Azərbaycan xalqına,torpaına nifrət sizdə haradandır?Müdafiə nazirliyi,Baş Qərargah kimi məsul v ciddi postlara bu adamları hansı məqsədə yerləşdirmisiniz? Milləti ələ salmaq üçünmü?...

ejder 2020-05-31 14:04:20

ESIL WOUMEN ELE M. M. DIPUTATLARIDI,HAKIMIYYET ILE

t.ədalət 2020-05-31 13:41:02

Bu tənqid çoxdan lazım idi.Biz ordumuzu .... Yalnız bundan sonra Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsindən danışa bilərik.Ordu rəhbərliyi Rusiyada hərbi təhsil almış zabitlərdən seçilməməlidir.Bu,boş yerə balalarımızın məhvinə səbəb olur.

Son yazılar