Menu

Məşhur “Ekologiya postu” sökülür - Fotolar

01.06.2020, 10:28
Məşhur “Ekologiya postu” sökülür - Fotolar

Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Ekologiya postu”nun bu gündən söküntüsünə başlanılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, postun yolun genişləndirilməsi üçün nəzərdə tutulan tədbir planına uyğun olaraq sökülməsinə qərar verilib.

Hazırda sökülən postun arxasında yeni bina tikilib və yaxın günlərdə istifadəyə veriləcək.

Postun sökülməsindən sonra yolun genişləndirilməsi və həmin hissədə sürət həddinin artırılması nəzərdə tutulur. Bununla da Bakı-Sumqayıt yolunda tıxacların azalacağı planlaşdırılır.

 “Ekologiya postu”nun yeni fotoları:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol