"Əbədi biliklərə imza atmaqla ölməzliyə qovuşacağıq" - Eynşteynin uşaqlara müraciəti

Bu gün - 1 iyun Uşaqlarin Beynəlxalq Müdafiəsi Günüdür. Millət vəkili, tanınmış təhsil eksperti Etibar Əliyev bununla bağlı özünün “facebook” səhifəsindən XX əsrin görkəmli fiziki, nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteynin uşaqlara müraciətini paylaşıb.

Millət vəkilinin “facebook” səhifəsindən götürdüyümüz həmin müraciəti “AzPolitika.info”nun oxucularına da təqdim edirik.

"Əziz uşaqlar!

Sizi - çiçəklənməkdə olan, günəşli ölkənin xoşbəxt gəncliyini qarşımda gördüyüm üçün çox şadam.
Unutmayın ki, məktəbdə öyrəndiyiniz bütün möcüzəli biliklər çoxsaylı nəsillərin əməyinin, böyük zəhmətinin bəhrəsi və dünya ölkələri əhalisinin tükənməz səylərinin nəticəsidir. Bu biliklərin hamısı sizə miras kimi təqdim olunur ki, siz bu sərvəti qəbul edib onun qədrini biləsiniz, ona öz töhfənizi verərək artırasınız və nə vaxtsa öz övladlarınıza əminliklə ötürə biləsiniz. 

Ölməyə məhkum olan bizlər belə əbədi biliklərə imza atmaqla ölməzliyə qovuşacağıq.
Əgər bunları heç bir zaman yaddan çıxarmasanız, həyatın və insan əməyinin mənasını başa düşəcəksiniz və digər xalqlara və nəsillərə düzgün şəkildə yanaşmağı öyrənəcəksiniz.
Müəllimin əsas məharəti biliklərin və yaradıcı əməyin dərk edilməsinin əhəmiyyətinin sevincini şagirdinə yaşatmaqdır".

635x100

Şərhlər

dadaşyev 2023-06-22 00:38:22

“Müəllimin əsas məharəti biliklərin və yaradıcı əməyin dərk edilməsinin əhəmiyyətinin sevincini şagirdinə yaşatmaqdır". Bəlkə “yaradıcı əməyin sevincinin dərk edilməsinin əhəmiyyətini“ şagirdinə yaşatmaqdır?Və ya “yaradıcı əməyin dərk edilməsinin sevincinin əhəmiyyətini”? Ola bilsin “yaradıcı əməyin sevincinin əhəmiyyətinin dərk edilməsini”.Hətta “yaradıcı əməyin əhəmiyyətinin dərk edilməsinin sevincini”.Bəlkə də “yaradıcı əməyin əhəmiyyətinin sevincinin dərk edilməsini”.Kim bilir.

Son yazılar