Menu

Azərbaycan Mərkəzi Bankı 2 sığorta şirkətini nəzarətə götürüb

01.06.2020, 16:02
Azərbaycan Mərkəzi Bankı 2 sığorta şirkətini nəzarətə götürüb

Azərbaycan Mərkəzi Bankı (AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən az olan 2 sığorta şirkətini nəzarətə götürüb.

“Report” xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.

“Həmin şirkətlər “Amrah Sığorta” və “Rəvan Sığorta”dır. Onlara kapitalı artırmaq üçün 1 ay vaxt verilib”, - deyə o, qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol