Cari ilin ikinci yarısında Avropa İttifaqına sədrlik edəcək Almaniya Birlşmiş Ştatlar və Çin arasında münaqişənin tənzimlənməsinə səylər göstərmək niyyətindədir. Bu barədə Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Hayko Maas bəyan edib.
«Xüsusilə biz, avropalılar Çinlə ABŞ arasındakı fikir ayrılığının keçilməz olmasında maraqlı deyilik» - deyə, nazir iyunun 1-də “Funke” mediaqrupuna vediyiyi müsahibədə bildirib.
Almaiyanın xarici işlər naziri Çin və ABŞ-ın maraq dairələində parçalanmaya imkan verməməyə çağırıb. Onun fikrincə, bu problemin həllində xüsusilə Almaniyanın vasitəçiliyi vacibdir - o, iyulun 1-dən Avropa ittifaqına sədrlik edəcək.
AFR XİN başçısı həm də təsdiqləyib ki, sentyabrda Aİ-ÇXR arasında planlaşdırılan sammit baş tutacaq.
«Bizim Çinlə müzakiə etməli olduğumuz çoxlu mühüm mövzular var» - deyə, nazir bildirib.
Xəbər verildiyi kimi, ABŞ dövlət katibi Mayk Pompeo mayın 31-də bəyan edib ki, Çin «dezinformasiya yaymaqda və kiberməkanda bədniyyətli əməliyyatların həyata keçirilməsində daha aqressiv olub».
«Çin kommunist partiyası 10 il əvvəlki partiya deyil. Bu partiya öz vəzifəsini qərb ideyalarını, qərb demokratiyasını, qərb dəyərlərini dağıtmaqda görür. O, amerikalıları təhlükə altına alır» - deyə, Pompeo “Fox News” telekanalına müsahibəsində bildirib.
Pompeonun sözlərinə görə, Çindən qaynaqlanın təhlükə çoxtərəflidir və Amerika intellektual mülkiyyətinin öğurlanmasını, ABŞ-da milyonlarla iş yerinin məhv edilməsini, Cənubi Çin dənizində dəniz marşrutları üçün risklər yaratmasını və yerləşmək hüququ olmadan silahlı hərbi məskənlər yaratmağı özündə birləşdirir.
AzPolitka.info


Şərhlər