NAZİR ZƏRƏRLƏ İŞLƏYƏN QURUMLARIN ADINI AÇIQLAYIB - Siyahı

Ötən il bir sıra dövlət müəssisələri tərəfindən göstərilən xidmətlərin subsidiyalaşması həyata keçirilib.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, "Bakı Metropoliteni" QSC, "Azəristiliktəchizat" ASC, "Azərbaycan Hava Yolları" QSC (AZAL), Nəqliyyat Rabiyə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərpoçt" MMC-yə maliyyə vəsaiti ayrılıb: "Bu qurumlara ilin sonunda da biz maliyyə yardımı etmişik. Bu qurumların maliyyə vəziyyəti ürəkaçan deyil".

635x100

Şərhlər

BAKILI 2020-06-02 18:02:00

Bir cox elkelerden fantastik qiymete bilet satan AZAL nece olur ziyanla iwleyir

Yetim 2020-06-02 17:43:59

..onun Gürcüstandakı biznesinin nəyin hesabına yarandığı ilə işiniz olmasın!

Elxan 2020-06-02 17:02:46

Dünyada "AZAL"dan baha bilet satan yoxdu,niyə zərərlə işləyir ki!?

Son yazılar