Menu

Vahid Əhmədov bu dəfə Elman Rüstəmovu tənqid etdi

02.06.2020, 20:47
Vahid Əhmədov bu dəfə Elman Rüstəmovu tənqid etdi

“Dövlət büdcəsi yalnız Maliyyə Nazirliyinin büdcəsi deyil. Elə suallar var ki, biz onu digər qurumların rəhbərlərindən də soruşmaq istərdik. Xüsusilə bank sistemi ilə bağlı suallarım var idi”.

Bunu deputat Vahid Əhmədov parlamentdə dövlət büdcəsinin icrası ilə bağlı layihənin müzakirəsində çıxış edərkən deyib. O qeyd edib ki, bank sisteminin monitar siyasətin qorunması istiqamətində əhəmiyyəti var: “Dövlət büdcəsinin icrasına daha dəqiq yanaşmalıyıq. Bir sıra hökumət üzvlərini çağırmalıyıq ki, suallarımıza cavab versin.

Hazırda Mərkəzi Bankın rəhbərliyi burada yoxdur. Düzdür, 2019-cu ildə uçot dərəcəsində enmələr baş verdi. Ancaq 2019- cu ildə bank sistemində ciddi irəliləyişə nail ola bilmədik. Problemlər hələ də qalmaqdadır. Yüksək faiz dərəcələri, istehlak kreditləri qalıb. Bu da real sektorunun inkişafına təsir edib.

Mərkəzi Bank 2020-ci ildə həm uçot dərəcəsi, həm də real sektorun inkişafını diqqətdə saxlamalıdır. Bu yaxınlarda 4 bank bağlandı. Bunların hamısının birlikdə əmanəti 700 milyon manatdan artıqdır. Burada söhbət ancaq əmanətlərdən gedir. Doğrudan da həmin banklarda vəsait varmı bu qədər əmanəti qaytarmağa? Yoxsa yenə dövlət büdcəsinə müraciət edəcəklərmi? Mən açığı bankların bağlanmasının tərəfdarı olmamışam. Bunların birləşdirilməsi prosesi olmalıydı. İnsanlar kifayət qədər iş yerlərini itiriblər”.

V. Əhmədov insanların içməli su, o cümlədən suvarma sistemləriylə bağlı məsələlərinin həlli üçün Maliyyə nazirinin ölkə başçısına məruzə etməsini istəyib.

Deputat, həmçinin ölkədə ixracın yox səviyyəsində olduğunu vurğulayıb: “Sadəcə neft və bir-iki kənd təsərrüfatlı məhsulu ixrac edirik. Qalan heç bir sahədə, xüsusilə də sənayedə ixrac yoxdur. Azərbaycanda iri sənaye müəssisələrinin yaradılmasına ehtiyac var”. (“Qafqazinfo”)

Şərhlər

Kəndli 2020-06-03 11:04:16

Davam edirəm - qurban olum onların qeyrətinə. Onlar Qarabagda girov götürülmüş ana-baçılarımızın qisas üçün əmrə ləbbeh deyib, ölümə hazırdırlar. Onlar çox vətənpərvərdi. Saylarında yəqin bilirsiz. Rus dıgalara kömək etsə orda bir həngamə qopacaq ki, bunu da FTX-a yaxşı bilir. Mən bir müsəlman olaraq yazdıgım sözlərin mahiyyətin dərk edərək sözümün üzərində durduguma and içirəm.

Kəndli 2020-06-03 10:52:10

Davam edirəm - hesab edirəm ki, dövlətimuz Qarabag problemin tam nəzatətdə saxlayır. Şəxsən mən kəndliyə elə gəlir ki, əgər dıgalar müharibə üçün can fəşanlıq edirsə, deməli torbada pişik var. Burdan üzümü tutub 5-ci kalondu nədi onlara söyləyirəm bilsinlər, nə qədər gec deyil aglınızı başınıza toplayın, səhvə yol verməyin. Azərbaycan artıq sizin düşündüyünüz ölkə deyil. Bir faktı söyləyirəm bəsdir. Rusiyada N qədər azərbaycanlı gənclər yetişib.

Kəndli 2020-06-03 10:38:44

Davam edirəm. Kənddə hər bir torpaq sahibinin evinə ən azı 100 azn pul vəsaiti daxil olar. Yeni iş yerləri açaram. Dövlətin büdcəsinə hər il ən azından 25-30 000000 ABŞ dolları daxil olar. Gəlin qurtaraq bu söz söhbəti. Əı ələ verək vətənimuzin qurulmasında yaxından iştirak edək. Qaldı ki, Qarabag məsələsinə, şəxsən mən bu problemi nəvəmin öhdəsinə buraxmaga mənəvi əzab əziyyət çəkirəm.

Kəndli 2020-06-03 10:03:56

Hörmətli Seçiçi və 2+2=4 qardaşlar təklif verməyən, söz deməyən deputatları qınayırıq, tənqid edirik. Düzgün təklifə də şübhə ilə yanaşırıq, lag edirik. Axır ki, bu hardansa başlamalıdır ya yox. Bilirsiz burdan, kənddən deputatların kənd təsərrüfatı ilə baglı yaratdıqları qanunlara daha düzgün qiymət verə bilirik. Məsələ burasındadır ki, ya onlar gəlib bir müddət burda, kənddə yaşamalıdır, ya da bizlərdən birimiz orda olmalıyıq. Bu da ki, müşkül məsələdir. Biz əsil kəndçilər sözümüzü boş yerə söyləmirik. Heç olmasa, tapsınlar, çagırsınlar məsələn məni kənd təsərrüfatı sajədinfə yaxşı mənada inqilab edim.

seçici 2020-06-02 23:00:41

Deputatların şousu davam edir. lal Parlamentı diskusiyalı müzakirəli parlament kimi göstərmək istəyirlər. Ancaq parlamentdə həqiqi müxalifət olmasa orada heç bir prinsipal müzakirə olası deyil.

Eli 2020-06-02 22:47:58

Çöx obyektiv ve düzgün movqedirEsl vetenini ve xalqını seven bir güclü mütexessisin vetendaş mövqeyidir

2+2=4 2020-06-02 22:23:32

...“Azərbaycanda iri sənaye müəssisələrinin yaradılmasına ehtiyac var”....nə təər dedi ə, sağ ol a millət vəkili, yaradırsan da, heç kimin ağlına gəlməyən sualları müzakirəyə qaldırırsan....))))) amma bir məsələni yaddan çıxarırsan....Mərkəzi bank meqarequlyator statusuna malikdir, amma nədənsə bu statusun açarlarını banka təqdim etmək yaddan çıxıb, o səbəbdən Rüstəmovu belə müzakirələrə çağırmamışdan qabaq bu məslə həllini tapmalıdır....)))))

X 2020-06-02 22:14:17

Vahid muellim InsAllah yaddaslarda cesaretli duzgun halal insan kimi qalarsiz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol