Menu

Ukrayna klubunda 26 nəfər koronavirusa yoluxub

02.06.2020, 21:47
Ukrayna klubunda 26 nəfər koronavirusa yoluxub

Ukraynanın “Karpatı” klubunun 11 futbolçusu koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 11-i əsas komandanın futbolçusu olmaqla, ümumilikdə 26 nəfərin virusa yoluxduğu bildirib. Ümumilikdə isə 65 nəfər testdən keçib.

Klubun rəsmi saytı "Karpatı"nın 14 günlük karantinə alındığını açıqlayıb.

Qeyd edək ki, Ukrayna Premyer Liqasında mayın 31-də keçirilməli olan “Karpatı” – “Mariupol” matçı təxirə salınmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol