Menu

"Xəstəlik dağıdıcı ola bilər" - ÜST

03.06.2020, 13:31
"Xəstəlik dağıdıcı ola bilər" - ÜST

Yeni növ koronavirus infeksiyasının (COVID-19) yenidən alovlanması ilə bağlı real təhlükə var.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Henri Kluge bildirib.

Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısı alınmasa, xəstəlik dağıdıcı ola bilər.

“Məhdudiyyətləri aradan qaldıran ölkələrin sayı artdıqca COVID-19-un yenidən alovlanması təhlükəsi yaranır”, - deyə o vurğulayıb.

H. Kluge qeyd edib ki, hazırda vəziyyət ilin əvvəli ilə müqayisədə heç də yaxşı deyil: “Bizim hələ də COVID-19-la mübarizə ilə bağlı nə peyvəndimiz, nə də müalicə üsulumuz var”.

Şərhlər

Mubariz 2020-06-03 14:02:03

ÜST-ün pulu da Koronadan çıxır ,qorxu yayır,pul qazanır.Tramp düz etdi ,bu yarıtmaz təşkilatın maliyəsini kəsdi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol