Menu

Həftəsonu keçiriləcək imtahanlarla bağlı açıqlama - "Təxirə salına bilər"

03.06.2020, 20:11
Həftəsonu keçiriləcək imtahanlarla bağlı açıqlama - "Təxirə salına bilər"

"Həftəsonu keçiriləcək imtahanlara gəlincə ya tarix dəyişdirilə, ya da təxirə salına bilər". "Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bununla bağlı qərar sabaha dəqiq məlum olacaq.

Qeyd edək ki, iyunun 6-7-si üçün XI və IX sinif üzrə buraxılış imtahanlarının keçirilməsi planlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol