Menu

Daxili və beynəlxalq uçuşların, restoranların tam fəaliyyəti bərpa edilir - Ukraynada

03.06.2020, 22:13
Daxili və beynəlxalq uçuşların, restoranların tam fəaliyyəti bərpa edilir - Ukraynada

Ukraynada daxili uçuşlar iyunun 5-dən, beynəlxalq uçuşlar isə iyunun 15-dən açılacaq.

Bu barədə Baş Nazir Denis Şmıqal Nazirlər Kabinetinin bu gün keçirilən iclasında məlumat verib.

Baş Nazirin sözlərinə görə, iyunun 5-dən kafe və restoranların qapalı sahələrində də fəaliyyətinə icazə veriləcək. Ancaq müştərilər sosial məsafəyə diqqət yetirməli və obyektlərdə dezinfeksiya işləri aparılmalıdır.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün martın 17-dən Ukraynaya beynəlxalq uçuşlar qadağan edilmişdi(azərtac).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol