Menu

ÜST rəsmisi Azərbaycanda yoluxmanın artmasının səbəbini açıqladı

04.06.2020, 17:51
ÜST rəsmisi Azərbaycanda yoluxmanın artmasının səbəbini açıqladı

"Son günlər Avropada koronavirusa yoluxma sayında azalma müşahidə edilir".

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda yumşalma tədbirləri tətbiq edildiyindən, daha sonra metronun açılmasından sonra xəstəlikdə artım müşahidə edildi: "Artım özünü daha sürətli şəkildə iri ticarət mərkəzlərinin açılması və son yumşalma tədbirləri çərçivəsində büruzə verdi".

H.Harmancı bildirib ki, peyvənd hazırlandıqdan sonra onun əlçatan olması üçün bütün tədbirlər görüləcək: "Bu dövrə qədər də qoruyucu tədbirlərə ciddi əməl etməliyik".

Şərhlər

Səlimov Rəhim 2020-06-04 18:57:50

Doğru qiymətləndirmədir.Ventilyasiya sistemi zəif olan.yeraltı nəqliyyatın işə başlaması ilk yanlış qərar idi.Bunu operativ qərərgah niyə anlamayıb?Bir də ki, yanlış və düşünülməmiş məhdudiyyət qərarları insanların yaşam şəraitinə və sağlamlığına ciddi zərər vurduğu diqqətə alınmalıdır.

Mubariz 2020-06-04 18:27:24

AzPolitika şərhləri vermirsən özün bilərsən, bu ÜST-ün pulu qurtarıb,Tramp vermir ,bizi qorxutmaqla pul qoparır,soruşun ,bizdə gün ərzində hansı xəstəlikdən nə qədər insan ölür? bəhanə Karonadır? cəsarətiniz varsa .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol