Səudiyyə Ərəbistanı idxal rüsumlarını da artırdı – Büdcəni doldurmaq üçün

İyunun 10-dan Səudiyyə Ərəbistanı bir çox məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarını 0,5-15 faiz həcmində artırır.

“Bloomberg” agentliyinin yazdığına görə, idxalı artıma məruz qalacaq malların siyahısı 74 səhifəni əhatə edir. Analitiklər hesab edirlər ki, bu qərar istehlak xərcləri pandemiyaya görə 2012-ci il səviyyəsinə düşmüş ölkə əhalisi üçün ciddi zərbə ola bilər. Hökumət aşağı neft qiymətləri şəraitində büdcəni doldurmaq üçün bu addımı atıb: xərclər ixtisar olunsa da, saxlanılan xərcləri belə təmin etmək mümkün deyil.

İdxal rüsumları ərzaq məhsulları, o cümlədən süd, ət, tərəvəz, xalça, polis avtomobilləri, tikinti materialları və digər bir çox məhsullar üzrə artırılır. Bu məhsulların bir çoxu indiyədək, ümumiyyətlə, rüsumdan azad edilmişdi.

Xatırladaq ki, may ayında Səudiyyə Ərəbistanı hökuməti iyulun 1-dən etibarən Əlavə Dəyər Vergisini 5 faizdən 15 faizə qədər artırıb. Bundan əlavə, iyunun 1-dən bir sıra təbəqələrə verilən yaşayış minimumu da dayandırılıb. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar