"KORONAVİRUS DÖVRÜNDƏ ƏN UĞURSUZ İŞLƏYƏN NAZİRLİK..." - Milli Məclisdə tənqid

"Koronavirus dövründə ən uğursuz işləyən nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi oldu. Biz bu dövrdə provayderlər tərəfindən dayanıqlı internet görmədik. Tez-tez onlayn əlaqə kəsilirdi". Modern.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə deyib.

O qeyd edib ki, Cinayət -Prosessual Məcəlləsinə edilən dəyişikliklərə əsasən cinayət mühakimə icraatında müasir informasiya-kommunukasiya texnologiyalarının imkanlarından istifadə edilməsi, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin ediləcək:

"Bəs biz bu videokonfransı mövcud internetlə həyata keçirə biləcəyikmi? Pandemiya dövründə gördük ki, ölkədə internetlə bağlı problem var".

635x100

Şərhlər

Qoca 2020-06-06 09:12:41

O nazirlikdə ümumiyyətlə rabitədən anlayışı olan qalmadı. Kimini qovdular, kimi də özü qaçdı

Fazil müəllimə 2020-06-05 17:36:15

Ay Fazil bəy,uğurlu işləyən nazir və nazirliyiniz var?Hər yerdə yeyinti,rüşvət!

Rabitəçi 2020-06-05 16:56:35

- Fazil müəllim Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ümumiyyətlə qanunlarımız belə işləmir...

Əli 2020-06-05 16:33:15

Düppədüz.

Son yazılar