Kanadanın baş naziri öldürülən afroamerikalını diz çökərək yad edib - FOTO

Kanadanın baş naziri Castin Tryudo ABŞ-da polis zorakılığı nəticəsində öldürülmüş afroamerikalı Corc Floydun xatirəsini diz çökərək yad edib.

Bu barədə "Report" BFMTV telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, hökumət başçısı Ottavada keçirilən irqçiliyə və polis zorakılığına qarşı manifestdə iştirak edib.

Aksiyanın gedişatında Tryudo bir neçə dəfə diz çöküb.

"Sonuncu dəfə - 8 dəqiqə 46 saniyə... Hansı ki, bu müddətdə yalvarışlara baxmayaraq, ağ polisin dizinin altında Corc Floydun işgəncəsi davam edirdi", - BFMTV telekanalı qeyd edib.

Baş nazir tədbir zamanı qoruyucu maskadan istifadə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar