Dükan-bazarlardakı ajiotajın sirri - Deputat və iqtisadçı fərqli düşünür

Bu gün, iyunun 6-dan etibarən paytaxt Bakı və ölkənin daha bir neçə iri şəhərlərində həftəsonu (şənbə, bazar) vətəndaşların küçəyə çıxması yasaqlanıb.Hazırda paytaxt Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda ərzaq mağazaları belə qapalıdır.

Bu qərar iki gün öncə, yəni, iyunun 4-də elan edilsə də iyunun 5-i günün ikinci yarısından sonra əhalinin müəyyən bir hissəsi marketlərə kütləvi axın edib. Bu zaman bir çox yerlərdə sosial məsafə qorunmayıb, bəzən maskadan belə istifadə edilməyib. Nəticədə bir çox mağazalarda bəzi dolablar boşalıb.

Mövzu ilə bağlı iqtisadçı Azər Mehtiyev “Azadlıq” radiosuna bildirib ki, əvvəlcə bu qərarın nə dərəcədəəsaslı olması müzakirə edilə bilər: “Operativ qərargah son günlər koronavirusa yoluxma hallarının artmasınıəsas götürərək belə bir qərar verdi. Lakin bu qərarın nə dərəcədəəsaslandırılmış olmasını heç kəsə bildirmədi.

Bu say artımı nə ilə bağlı idi? Operativ qərargah bunu bir çox insanların maska istifadə etməməsi və sosial məsafəni gözləməmələri ilə izah edib. Bunun qarşısını başqa üsullarla almaq mümkün idimi? Belə suallara cavab eşidilmədi”.

Azər Mehdiyevə görə digər tərəfdən hər hansı ajiotaj yaratmadan, sadəcəəvvəlki dövrdə tətbiq edilmiş SMS-lə evdən çıxmaq, insanlara rahat alış-verişüçün yetərli idi. O, insanların iki gün evdə qalmalarının yoluxma hallarını xeyli azalda biləcəyi barədə ehtimalları başa düşülən sayır. Amma vurğulayır ki, qəbul edilən qərarın kifayət qədər əsaslandırılmaması və eyni zamanda qərarın düzgün yerinə yetrirlməsinin təmin olunmaması qeyd edilən hadisələrin yaranmasını qaçılmaz edib. Onun firkincə, maarifləndirici tədbirlər qarşılıqlı etimada bağlıdır.

İnsanların marketlərdən ərzaq alması davranışına gəlincə A. Mehtiyev bunu rasional istehlakçı davranışı kimi dəyərləndirir: “Sadə məntiqlə düşünür ki, mağazalar iki gün işləməyəcək, bu müddətə lazım olan ərzaq alır”. 

Konkret olaraq daha çox çörək alınmasnı isə belə izah edir: “Dükanlara bir günlük çörək satışı qədər məhsul gətiriblər. Vətəndaş bilir ki, şənbə, bazar günləri mağaza işləməyəcək, odur ki, adi qaydada iki çərək alırdısa, bu şəraitdə 4 və ya 6 çörək alır”.

Onun sözlərinə görə, mağazalar 3 günlük yox, birgünlük çörək istehlakı normasını qəbul edir, vətəndaş isə ikigünlük çörək norması alır, ərzaq ehtiyatı görür: “Amma istənilən halda buna cahil davranışı kimi yanaşmaq olmaz, hətta varsa belə bu idarəetməyə inanmamasından qaynaqlanır”.

Deputat Fəzail Ağamalı isə“Turan” agentliyinə deyib ki, bu ajiotaj hökumətə inamsızlıq məsələsi deyil, sırf psixoloji məqamla bağlıdır. O, iyunun 5-də paytaxt marketlərində baş verən hallarla bağlı yayılmış videoları təəssüflə izlədiyini bildirib: “Marketlərin birindəçörək üstündə problem yaşanması kimi görünütlər var. Bu təəssüf doğurur. İki gün üçün bu qədər hazırlığa ehtiyac yoxdur və vəziyyət də buna əsas vermir. Ölkədəərzaq təminatı kifayət qədərdir, ajiotaja, təşvişə, narahatlığa da əsas yoxdur”.

Onun fikrincə, digər tərəfdən həqiqətən də həmin bazarlıqlarda sosial məsafənin gözlənilməməsi, maska taxılmaması yeni yoluxmalara əsas ola bilər: “İnsanlarımız nə üçünsə dükanların iki gün işləməməsini fəlakət kimi qəbul ediblər. Bizim problemimiz elə bu sayaq davranışlardan qaynaqlanır. Cəmiyyətdə problemi də bu düşüncədə olanlar yaradırlar”.

O, hesab edir ki, bu kəsimlə maarifləndirmə işi aparmaqla birgə, həm də qanunun gücündən istifadə olunmalıdır. Deputatın fikrincə, Operativ qərargahın tələblərinəəməl etməyənlər qanunun sərt üzü ilə rastlaşdıqdan sonra deyilənlərəəməl etməli olacaqlar: “Görünür, bu məsələdə də səliqə-sahman yaradılmasıüçün polisin yardımına ehtiyac olacaq. Yəni insnaları az saylı qruplar şəklində, sosail məsafəni qorumağa, maska taxmağa riayət edərək dükanlara buraxmaq lazım gələcək”.

Deputatın sözlərinə görə, bəziləri ümumiyyətlə qoruyucu vasitələrdən istifadəni inkar edirlər, bu isə virusun geniş yayılmasına şərait yaradır, buna qarşı sərt mübarizə lazımdır: “Təkcə cərimə yox, inzibati həbs və ya lazım gələrsə Cinayət Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunmalıdırlar”.

635x100

Şərhlər

Mirzahid 2020-06-07 12:16:16

Başsızları idarəçiliyə təyin edəndə belədə olmalıdır.Nazirlər xaricdə villalar alır.evladlarını xaricə göndərir,ordudan qaçırır,İcra başçıları rüşvət yığırmilləti soyur, Daha necə olmalı idi ki? Bu YAP idarə üsuludur! Nəzarətdən uzaq,yoxlamadan kənar!

omer 2020-06-07 09:30:02

Sadece olaraq coreyi hemen gun uc qatina sifariw vermek lazim idi. AMMA MARKETLER BIR SUJETDEN GORUNDUYU KIMI CEMI 20% ARTIQ COREK SIFARIW ETMISDI.

Omer 2020-06-07 09:18:59

Mence sadece olaraq market rehberleri in taxsiri uzunden bele olay yasandi.. Men bir sujet gordumki corek bisiren deyirki her gun market 200 corek verir din bu gune ise 240 corek sifariw olunub. Cemi 40 artiq. S

Ekoi 2020-06-07 07:40:03

Sen tezeden nece deputat oldun ? Xalqini sevseydin tezeden deputat olmazdun !!! yox bir hebs )))) bilirseeen ne deyirsen !!!??

Ələkbər 2020-06-06 23:13:24

Azərbaycanda ciddi, milləint qeydinə qalan deputat varm; ki, hələ onlarla sorğu aparırsınız?Onla yalandan müxtəlif adla partiya qurublar.Bu partiyaların səsini eşidən olub?

Moshu 2020-06-06 22:38:12

Bu bəlanın bütün dünyanı fakt qarşısında qoyması ayrı mövzunun predmetidir. Əsas odur ki, bu pandemiya Azərbaycan əhalisini qaydalara, sanitariya-gigiyena normalarına əməl etməyə öyrətdi. Bu xalq həqiqətən çox gözəl xalqdır, sadəcə olaraq ona düzgün rəhbərlik etmək, istiqamət vermək lazımdır. Bu yazıda gedən fikirlərə münasibət bildirməyi özümə borc bilirəm. Nazirlər Kabinetinin son qərarını mübahisələndirmək fikrində deyiləm, lakin tam məsuliyyətlə bildirmək istərdim ki, qərar yarımçıq xarakteri daşıyır. Qərarın bir bəndini də tədarükçü təşkilatların qarşısında mağazaları ərzaqla təmin etmək kimi vəzifə qoymaları vacib idi. Ola bilərdi ki, bu qadağa iki gün deyil, bir həftə olardı. Açığı, mağazalardakı ajiotaj utanc gətirən vəziyyət idi.

Bashirov Qarib 2020-06-06 21:36:40

Cənab deputat həbs olunmaları tövsiyyə edir. Bir gunluk çörək bişirənlər fikirləşməli deyidilərmi həmin miqdar çörəklə insanlar 3 gun necə yaşamalıdırlar? İnsanların haqqı deyilmi qapanma dövrlərində balalarına 3 gunluk çörək alsın? Bəlkə həbslərə başlayasınız, bu vəziyyəti yaradanlar.?

t.ədalət 2020-06-06 20:51:26

Deputat seçilməyəndə,elə-belə vəsiqə alanda belə danışmalıdır.Halbu ki qadağaları,qapanmaları heç vaxt dükanlara tətbiq etmək olmaz.Bunu karantin rejiminin qaydaları ilə həll etmək olar.Küçələrə kimyəvi məhlul töküb dezinfeksiya aparanlar xeyli sayda quşların məhvinə səbəb olur.Bunu da fikirləşmək lazımdır.Axı,o quşlar kimyəvi suyu içəndə karantinçilərdən icazə almırlar.

Son yazılar