Azərbaycanda daha bir zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla 18:38-də, Şəkidən 6 km şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub.
***
15:53
Bu gün Azərbaycanda daha bir zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, yerli vaxtla 14:45:06-da, Qazaxdan 28 km Şimal-Şərqdə, Ağstafada zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Yerlatı təkanlar 4.1 maqnituda, 8 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, son günlərdə ölkənin müxtəlif ərazilərində ardıcıl zəlzələlər müşahidə edilir.


Şərhlər