Menu

Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu

07.06.2020, 00:05
Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Berik Uali koronavirusa yoluxub. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Berik Uali özünün “Facebook” səhifəsində yazıb.

“Təəssüf ki, son tədbirlərə baxmayaraq koronavirusla bağlı testim müsbət nəticə verib. Hazırda həkimlərin nəzarəti altında xəstəxanadayam. Vəziyyətim qənaətbəxşdir.

Dərhal demək istəyirəm ki, prezident Kasım-Jomart Tokayev qrafikə uyğun olaraq işini davam etdirir, sağlamlığına heç bir təhdid yoxdur”.

Xatırladaq ki, Qazaxıstanda 12 511 nəfərdə koronavirus aşkarlanıb. 7 135 pasiyent sağalıb, 53 nəfər ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol