Menu

"Türkiyə bizə hücum edərsə..."

03.10.2014, 18:58
"Türkiyə bizə hücum edərsə..."

Suriya Xairici İşlər Nazirliyi Türkiyəyə xəbərdarlıq edib

Türkiyə Suriya ərazisində hərbi əməliyyatlara başlayarsa, biz bunu hücum kimi dəyərləndirəcəyik.

ANS PRESS-in məlumatına görə, bu barədə açıqlamanı Suriya xarici işlər nazirinin müavini Feysal Mikdat verib.

F.Mikdat Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə ölkə hüdudlarından kənarda hərbi əməliyyatları aparmasını nəzərdə tutan qanun layihəsini qəbul etdikdən sonra bu cür açıqlama verib.

"Türkiyə ordusu Suriyaya girərsə, bunu müharibə kimi qəbul edəcəyik".

Birləşmiş Millətlər Təşkilatının təcili iclasının keçirilməsini tələb edən XİN rəsmisi BMT-ni Türkiyə parlamentinin qəbul etdiyi qərarı qınamağa çağırıb. Mikdat iddia edir ki, Türkiyə və Səudi Ərəbistanı Suriyaya terrorçuların tərkibində vuruşmaq üçün döyüşçülər göndərir

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol