Menu

İşğalçılar Ermənistandan Qarabağa üçüncü yolun çəkilişini anons edir

07.06.2020, 13:18
İşğalçılar Ermənistandan Qarabağa üçüncü yolun çəkilişini anons edir

Ermənistandan Azərbaycanın işğal altındakı ərazilərinə üçüncü avtomagistralın çəkilişinə hazırlıq gedir. Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı qondarma rejimin yeni “prezidenti” Araik Arutyunyan iki gün əvvəl işğal altındakı Zəngilan rayonuna baş çəkərkən deyib. Oliqarx və Qarabağda əkin sahələrinin böyük hissəsinə nəzarət edən Arutyunyan Zəngilanda arpa biçinini izləyib. Və onu Ermənistan hökumətinin ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan müşaiyət edib.

Arutyunyan Azərbaycanın Arazboyu ərazilərini Ermənistanın Gorus rayonu ilə birləşdirmək üçün yeni avtomagistralın çəkilməsinə hazırlıq getdiyini deyib. Bundan əvvəl Ermənistanı Qarabağla Gorus-Laçın-Şuşa-Xankəndi və Vardenis-Kəlbəcər-Ağdərə magistralları birləşdirirdi. İkinci yolu Ermənistan bir neçə il əvvəl istifadəyə verib.

Üçüncü və artıq Arazboyu Cəbrayıl, Füzuli, Zəngilan rayonlarını Ermənistanla birləşdirən yolun çəkilməsi isə düşmən ölkənin həmin ərazilərdə qanunsuz məskunlaşmanı genişləndirmək, habelə münbit kənd təsərrüfatı torpaqlarını istismar etməkdir.

Araik Arutyunyan “seçki kampaniyasında” həmin ərazilərdə məskunlaşma başladacaqlarını vəd edib.

Azərbaycanın bu yol çəkilişinin qarşısını hərbi yolla almaq üçün tamamilə legitim hüquqları var və Bakı Ermənistan rəhbərliyinə bu barədə aydın mesaj vermək üçün hərəkətə keçə bilər.

Şərhlər

Xalid 2020-06-08 11:12:28

Görəsən həqiqətən bu dövlət blokadadır....

Əli-yə 2020-06-07 19:33:46

Azərbaycan XİN və iqtidar nə BMT-da,nə Avropa İttifaqında,nə ATƏT-də bu msələlər barədə ciddi problem qaldırmırlar.Bu da onun kimi.Hətta ermənilərə blokadadaçıxmaq üçün İranla körpü tikmişik...

musa 2020-06-07 17:24:28

o yollari ki ,bombalamaq olar? muhariba vassalam budur yol . ozu da bu muhariba hec bir konvesiya qanununa uyqun olmali deyil .tam mahv etmak lazimdir bu diqalari

Eminə cavab 2020-06-07 17:12:21

Tamamilə doğrudur. Buna dözmək kişilkdən deyil. ...

Əli 2020-06-07 15:29:28

müharibəni anons eləyin erməniyə, bilsin ki, bu yolları bizim üçün çəkir ki, tanklarımız İrəvana rahat gedib çıxsın.

Xalq 2020-06-07 13:46:52

malades yeməkdən imtina edənin payı peşkəşdir.

Emin 2020-06-07 13:40:52

Bunu eşidib az qala infakt keçirəm ..buna dözmək kişiklikdən deyil...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol