Menu

Bayıl qəsəbəsində domino oynayanlar saxlanılıb - FOTO

07.06.2020, 20:07
Bayıl qəsəbəsində domino oynayanlar saxlanılıb - FOTO

Azərbaycanın iri rayon və şəhərlərində tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsinə baxmayaraq bəzi vətəndaşlar tərəfindən bu qaydalara əməl edilməməsi hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərazidə yoxlama aparılan zaman Bayıl qəsəbəsində 11 nəfərin yaşayış ünvanlarını tərk edərək karantin qaydalarını zidd bir yerə toplaşıb “domino” oynadığı ortaya çıxıb. Həmin şəxslər saxlanılaraq bölməyə gətirilib. Onlardan ikisi məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Digər şəxslər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ciddi cəzalandırılıblar.

Şərhlər

Mirzə 2020-06-07 22:50:47

Adamlar özləri və yaxınlarının sağlamlığına biganədirlər. Belələrini anlamaq çətindir

Eko 2020-06-07 21:24:15

Derdeeee

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol