Menu

Qarabağ separatizminin sponsoru ev dustaqlığına buraxıldı

03.10.2014, 19:20
Qarabağ separatizminin sponsoru ev dustaqlığına buraxıldı

Moskvanın Basman Məhkəməsi oktyabrın 3-də erməni milyonçularından olan, Dağlıq Qarabağdakı erməni separatizminin sponsorlarından biri Levon Ayrapetyanın həbsini ev dustaqlığı ilə əvəzləyib.

Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, məhkəmə bununla bağlı vəkillərin vəsatətini təmin edib.

Ayrapetyan “Başneft” işi üzrə ittihamnamə əsasında saxlanılmışdı. Məlumatlara görə, dələduzluqda suçlanan 65 yaşlı erməni iş dadmı istintaqla əməkdaşlıq edib və əhatəli ifadələr verib. Xatırladaq ki, o, iyulun 15-də Domodedovo hava limanında həbs edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol