Menu

"Rusiyanı dəstəkləyən ölkələri nəzərə alacağıq"

03.10.2014, 19:27
"Rusiyanı dəstəkləyən ölkələri nəzərə alacağıq"

Ukraynanın Belçika Krallığındakı səfiri İqor Dolqov “eunews.az”ın suallarını cavablandırıb.

Sizcə, Ukrayna böhranı Şərq Tərəfdaşlığı ölkələrində artıq mövcud münaqişələr səhnəsinə yenilik gətirirmi?

İlk olaraq onu demək lazımdır ki, Ukrayna və Avropa İttifaqının siyasəti Ukraynada dondurulmuş münaqişənin yaranmaması məqsədini daşıyır və qərarlar bu məqsəddən qaynaqlanaraq qəbul olunur. Biz inanırıq ki, Rusiyanı siyasi danışıqlara gətirə biləcəyik, silahlı qarşıdurmadan əl çəkib, əməkdaşlıq etməsinə nail olacağıq. Biz hamımız bunu istəyirik və gözləyirik. Lakin təəssüf ki, hələlik Rusiyaya qarşı tətbiq olunan bütün sanksiyalara, məhdudiyyətlərə baxmayaraq, görürük ki, rəsmi Moskva öz öhdəliklərini yerinə yetirmir. Ukrayna ərazisində Rusiya ordusu hələ də var, separatçılara və qondarma respublikalara hələ də dəstək verilir, Rusiyanın müxtəlif bölgələrindən könüllülər hələ də yığılır və Ukraynada vuruşmağa göndərilir.

Buna görə də biz Ukrayna ərazisində dondurulmuş münaqişənin olmayacağına inanırıq. Hər halda, Ukrayna prezidenti Petro Poroşenko bu cəhətdən çox qətiyyətlidir. Ukrayna unitar və vahid dövlət olacaq. Prezidenti əhali məhz bu mandatla seçib və hazırda dövlət siyasəti bu istiqamətə yönəlib.

Xarici siyasətdə Ukrayna Rusiyanı dəstəkləyən ölkələri mövqeyini nəzərə almalıdırmı?

Əlbəttə. BMT-nin martın 27-də Krımın işğalı ilə bağlı qətnaməsi müzakirə olunarkən, Rusiyanı 10 ölkə dəstəkləmişdi.Bu ölkələr arasında qonşularımız Ermənistan və Belarus da var idi. Təbii ki, təcavüzkarı dəstəkləyən ölkələrlə diplomatik münasibətlərimizdə biz onların mövqeyini nəzərə alacağıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol