Menu

Ermənistanın Baş Qərargah rəisi istefa ərizəsi yazıb - Oğlunun toyuna görə

08.06.2020, 14:55
Ermənistanın Baş Qərargah rəisi istefa ərizəsi yazıb - Oğlunun toyuna görə

Son günlər Ermənistan ordusunun Baş Qərargah rəisi Artak Davtyanın ətrafında yaranan qalmaqal onun istefa ərizəsi yazması ilə nəticələnib. “AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında A.Davtyanın oğlunun iyunun 7-də baş tutan toy mərasimilə bağlı məlumatlar yer alıb.

Həmin məlumatlarda deyilirdi ki, Baş Qərargah rəisi karantin dövrü olmasına baxmayaraq, heç bir tələbə məhəl qoymadan oğluna təmtəraqlı toy məclisi təşkil edib. Toyda 100-dən çox adam iştirak edib ki, onların da arasında Müdafiə Nazirliyinin xeyli sayda yüksək rütbəli təmsilçiləri olub. Toydan əvvəl isə yeni evlənənlər başlarının dəstəsilə İrəvandakı kilsələrin birini ziyarət ediblər.

Ermənistan mətbuatında A.Davtyanın bu hərəkəti sərt tənqid olunub. Baş Qərargah rəisinə yaxın mənbələr toyda bütün karantin tələblərinin qorunduğunu iddia etsələr də, buna inananlar az olub. Nəticədə qalmaqalın böyüdüyünü görən A.Davtyan istefa ərizəsi yazmalı olub. Onu da qeyd edək ki, A.Davtyan 2018-ci il mayın 24-dən bu vəzifəni icra edirdi.

Tahir

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol