Menu

"Gürcüstan erməni separatizminə gərəkən reaksiyanı vermir" - Politoloq

08.06.2020, 17:14
"Gürcüstan erməni separatizminə gərəkən reaksiyanı vermir" - Politoloq

Ermənistan siyasi-təbliğat maşını Gürcüstanın Cavaxetiya bölgəsinə dair ərazi iddialarını birbaşa və ya dolayısı yolla ortaya qoymaqda davam edir. Belə ki, Cavaxetiyanın Qoman kəndində yerləşən kilsənin ərazisində qazılma faktını şərh edən Ermənistan KİV-ləri bu abidənin məhz ermənilərə mənsub olmasını vurğulayaraq, baş vermiş hadisəni erməni mədəniyyətinə qarşı addım kimi qələmə verməyə çalışır.

Nəzər alınmalıdır ki, son vaxtlar erməni millətçilərinin çoxdankı hədəfi olan Cavaxetiyada vəziyyətin gərginləşməsi müşahidə edilir. Bunu erməni separatçılarının lideri Vaqan Çalxanyanın fəallaşması da sübut edir. Beləliklə Ermənistan təcavüzkarlığı və separatizminin Cənubi Qafqazın ən böyük bəlası olması bir daha öz təsdiqini tapır.

Rəsmi Bakıdan verilən bəyanatlarda erməni sepratizminin təkcə Qarabağı deyil, regionun digər ölkələrini də əhatə etdiyi, xalqların, dövlətlərin həyatına, regionda sabitliyə, inkişafa böyük təhlükə olduğu vurğulanır.

Azərbaycan prezidenti İlham Əliyevin son bəyanatlarının birində də erməni millətçilərinin yalnız Azərbaycana qarşı deyil, digər qonşu xalqlara və ölkələrə qarşı da ərazi iddialarla çıxış etdiyini vurğulayaıb. Ermənistanın işğalçı, faşist siyasəti dövlət siyasətinə çevirdiyini qeyd edib. Bununla da  Azərbaycanın dövlət başçısı mahiyyyət etibarı ilə təkcə Azərbaycan və Türkiyənin deyil, Gürcüstanın da qarşısında real olaraq erməni təhlükəsinin durduğunu bildirib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu durumu "AzPolitika.info" - ya şərh edərkən bildirib ki, Azərbaycanla bərabər Gürcüstana qarşı da erməni separatizmi daim mövcud olub. Politoloqun sözlərinə görə, Saakaşvilinin dövründə bu ölkədə erməni separatizminə qarşı mübarizə vardı, onların başçılarından bəziləri həbs olunmuşdular: "Amma indiki hakimiyyətin dövründə bu hadisələrə sanki seyirçi bir yanaşma var. Halbuki seperatizim fəaliyyətləri ortadan qaldırılmayıb. Ermənistan hakimiyyəti və erməni lobbisi burada bir qədər ehtiyatlı mövqedən çıxış edirlər. Onlar anlayırlar ki, iki cəbhədə separatizmə dəstək vermələri alınmaya bilər. Azərbaycana qarşı olduğu kimi Gürcütana qarşı da belə iddialarla açıq formada çıxış edə bilməzlər".

E. Şahinoğlu deyir ki, Həm Ermənistan, həm də xaricdəki erməni lobbisi açıq-aşkar Gürcütanda erməni separatizminə dəstək var: "Erməni diasporuun əsas məqsədlərindən biri Gürcüstan - Azərbaycan əlaqələrinə kölgə salmaqdır. Keşikçidağ istiqamətində olan təxribatlar da ondan xəbər verir ki, Gürcüstan rəhbərliyi də onların bu fəaliyyətinə gərəkən adekvat reaksiyanı vermir. Bəzi hallarda millətçi dairələr erməni diasporunun separaçılarının əlində alət olaraq Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edirlər".

R.Əliyev

AzPolitika.info"   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol