Menu

“Yayılan görüntülərlə bağlı araşdırma aparılır” - DİN

08.06.2020, 20:38
“Yayılan görüntülərlə bağlı araşdırma aparılır” - DİN

“Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd hallara yol verilib”.

Bunu “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

E.Zahidov sosial şəbəkələrdə bu cür qanun pozuntularına dair, həmçinin polislə də bağlı videogörüntülərlə əlaqədar araşdırmalar aparıldığını qeyd edib:

“Sözsüz ki, həmin görüntülərlə bağlı araşdırmalar aparılır. İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək”.

Şərhlər

Veten dashı 2020-06-09 11:39:24

Mən Polis əməkdaşları arasında insafən son dövürlərdə daha ləyaqətli özünə hörmət edən gənclərimizin də olmasının şahidi olmuşam.Amma icərilərində yekəpər, səviyyəsiz polis əməkdaşları da var... biz vaxtaşırı bunları müşahidə edirik. Məncə onlar polisi hörmətdən salır ...

Eko 2020-06-09 09:23:52

men bileni he ,,,,

Ağayev Ağahüseyn 2020-06-09 08:53:32

Hörmətli E Zahidov polis bizim balalarımız, biz özümüzük. Onları valideyinlərinə ,millətinə qarşı qaldırmaq olmaz....Bizim -bizdən başqa kimimiz VAR.

Hüquqşünas 2020-06-08 23:44:58

Məhkəmə qərarı olmadan polisin vətəndaşın yaşadığı evə zorla daxil olması qanunsuzdur. Bunu vətəndaşlar bilməlidirlər.Əgər polisdə şübhə yaranıbsa məhkəməyə və ya prokirorluğa müraciət etməlidir.Əgər müraciət əsaslı,.qanuni olarsa o zaman bu orqanlar axtarış barədə order verir.Yalnız bundan sonra polis mənzilə daxil ola bilər.

ejder 2020-06-08 23:40:51

.....CEZALANMAYAJAQLAR

Soltanov Elcin 2020-06-08 23:24:52

Soruşmaq lazımdır. Ey nankor, Azərbaycan polisi ğecə ğunduz sənin əsayişini qoruyur,onun hər dəqiqəsi risk altındadır.Budurmu onun mukafatı?Sənə ar olsun ....

Vətəndaş 2020-06-08 22:52:37

Bu nədir....

pensioner 2020-06-08 22:49:22

O polislər deyəsən terroristlərlə dinc əhalini ayırd edə bilmir.

BAKILI 2020-06-08 21:57:50

polis menzile soxula biler he yox?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol