Menu

Braziliya dünya çempionatından imtina etdi

09.06.2020, 09:43
Braziliya dünya çempionatından imtina etdi

Braziliya Futbol Konfederasiyası (CBF) 2023-cü il qadınlar arasında dünya çempionatına ev sahibliyi üçün müraciətini geri götürüb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, qərar koronavirus pandemiyasının törətdiyi fəsadlarla əlaqədar qəbul edilib.

Braziliya FİFA-ya böyük beynəlxalq turniri keçirmək üçün lazım olan maliyyə zəmanətini verə bilməyib. CBF Kolumbiyanın mundiala ev sahibliyi etməsi təklifini dəstəkləyib.

Dünya çempionatının ev sahibi iyunun 25-də səsvermə yolu ilə bəlli olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol