Menu

Rusiyada daha 171 nəfər pandemiyanın qurbanı olub

09.06.2020, 11:39
Rusiyada daha 171 nəfər pandemiyanın qurbanı olub

Rusiyada son bir gündə daha 8 595 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 485 253 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 171 nəfər artaraq 6 142-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 242 397 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 572nəfər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol