Menu

“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

10.06.2020, 13:35
“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı”nın 11 iyuna olan cədvəli açıqlanıb.

Nazirlikdən verilən açıqlamaya görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da XI sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, Ədəbiyyat; 11:20-də IX sinif - Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 12:05-də VIII sinif - Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 13:15-də VII sinif - Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 14:05-də VI sinif – Biologiya, İngilis dili, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 14:40-da IV sinif – Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 15:15-də III sinif - Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi dərsləri; 15:50-də Futbol dərsi olacaq.

Rus bölməsi üçün sabah saat 15:55-də III sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 16:30-da V sinif – Rus dili, Riyaziyyat; 16:55-də VII sinif – Kimya, Biologiya, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 17:35-də X sinif şagirdlərinə Rus dili, Biologiya, Fizika dərsləri olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol