Menu

Bakıda mənzildə qadın meyiti aşkarlandı

10.06.2020, 23:06
Bakıda mənzildə qadın meyiti aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən "Report"a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Ədilova Gülçöhrə Vurğun qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol