Türkiyə prezidenti ABŞ-ın vitse-prezidenti ilə İŞİD məsələsini müzakirə etdi
Türkiyənin anti-İŞİD koalisiyasına qoşulması məsələsi prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse prezidenti Co Baydenlə müzakirə edilib.
ANS PRESS-in məlumatına görə, Ərdoğanla Co Bayden arasındakı telefon danışığında Suriya və İraqda yaçanan son hadisələr barədə fikir mübadiləsi aparılıb.
Co Bayden ABŞ adından suriyalı qaçqınların Türkiyiyə sığnmasına görə, Ərdoğana minnətdarlıq edib. Türkiyə və ABŞ-ın iki müttəfiq olaraq bölgədə ortaq bir strategiyaya uyğun hərəkət etdiyini deyən Bayden IŞİD başda olmaq üzrə terrorla birgə mübarizə aparılmağının vacibliyini vurğulayıb.
Ərdoğan Suriya hava məkanının bağlanmasını və bu ölkədə sülhun yaradılmasının Türkiyənin təhlükəsizliyi üçün vacib sayıb. Eyni zamanda İraq və Suriyada təhlükəsizliyin qorunması üçün ABŞ başda olmaqla Qərb ölkələrinin dəstəyinin artırılmasını təklif edən Ərdoğan bu məsələdə müzakirələrin davam etdirilməsininin lazım olduğunu deyib.


Şərhlər