“BUNUN ARXASINDA NƏ DAYANIR?...” – “Vətəndaşın evində tərbiyəsizlik edənlər cəzalandırılmalıdır”

“Hesab edirəm ki, nə vətəndaş yuxarı mərtəbədən polisin başına zibil atmalı idi, nə də polis vətəndaşın evinə sanki terrorçu axtarırmış kimi hücum etməli deyildi". Bunu deputat Sabir Rüstəmxalı iyunun 7-də və 8-də Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 13-də baş vermiş hadisə ilə bağlı Turan-a şərhində bildirib.

"İyunun 8-ində kadrlarda gördüyüm polislər, onların binaya hücumları anromal bir hadisə idi. O qədər polis nəfərini ora cəmləməyə, səhər saat 6-da qapıları döyməyə nə ehtiyac var idi? Lap orada cinayətkar var idisə belə, bunu daha sakit, daha mədəni formada müvafiq qanunun tələblərinə uyğun həll etmək olardı. İnsana paltarını geymək imkanı yaradardı. Amma vətəndaşa kadrlarda görünən münasibəti bəsləmək olmazdı", - deyə deputat bildirib.

O, deyir ki, belə münasibət olan yerdə polisə inam itir, belə davranışı qətiyyələ pisləyir və qəbul etmir: Onun fikrincə, dövlət məmuruna münasibət nədirsə, sıravi vətəndaşa da həmin hörmət, ehtiram olmalıdır.

Deputat hesab edir ki, bu əməliyyat polisin imicinə müsbət heç nə gətirməyib. Üstəlik, polis nəfələrinin özlərinin baş verənləri videoya çəkmələri, bunların sosial mediaya ötürülməsi anlaşılan deyil: "Bu nə deməkdir? Bunun arxasında nə dayanır? Niyə belə əməliyyat aparılır, bunlar hamısı düşündürücüdür.

Fikrimcə, həm DİN, həm əlaqədar qurumlar bünün üzərində düşünərlər ki, bu, təxribat da ola bilər".

S.Rüstəmxanlı hesab edir ki, vətəndaşın evində tərbiyəsilzik edən, xanımı, həyat yoldaşını təhqirə məruz qoyan şəxslər isə mütləq cəzalandırılmalıdırlar.

635x100

Şərhlər

Xalq 2020-06-14 19:48:18

Xalqın evlərinə hücum çəkən polislər cəzalanmalı və xalqdan üzr istənilməlidir, mütləq. Yoxsa ədalət yenə də pozulacaq.

Mustafaoglluna 2020-06-14 10:59:39

Qanun normal cemiyyetde sah olar. Mozambikde yox!

Akela 2020-06-13 00:07:35

ELZA Seyid Cahan bir wer yazmiwdi.Canavaram,acam,acam.Uuuuuuuu

Akela 2020-06-13 00:00:21

Sabir muellim,arada werden,poemadan da yazin.Yoxsa wair Mowu tek qalib

RİZVAN 2020-06-12 10:21:54

bu şərhlərin nəzərə alınması üçün moderator onları toplayıb adresinə çardırmalıdır.Bəlk yatmşlar oyandı.

Ağayev Ağahüseyn 2020-06-12 05:45:29

Polislərin belə hərəkətləri minlərlə xidmət ğöstərən ləyaqətli polis iscilərimiz,qardaşlarımız ücün təhqirdir.Bunu onlara yaraşdırmadım.Belələri ən aqır cəzaya layiqdirlər.

İ.Mustafaoğlu 2020-06-11 22:57:49

- Polisin qanunsuz əməlləri, vətəndaşın dövlətə olan inamına böyük zərbə vurur. Polisin başına zibil tullayanlar, sözzüzki qanun qarşısında cəzalandırılmalıdır, ancaq xanımının qarşısında ərini yarı çılpaq şəkildə bir dəstə polis tərəfindən aparılması bağışlanılmazdır ? Onların millətimizə yaraşmayan hərəkətləri, savadsız olmalarından xəbər verir, çünki Qanun Şahdır, hamı qanun qarşısında acizdir....Dövlətimizin imicinə öz xidmətləri ilə mənfi təsir göstərən polislər haqqında qanuni tədbirlər görülməli, başqalarıda özləri üçün ibrət dərsi götürməlidirlər...

Tofiq 2020-06-11 21:36:58

Polisin bu hərəkətləri mənə xəcalət gətirdi, utandım vallah!

t.ədalət 2020-06-11 20:07:22

Cinayətkar polislər ciddi cəzalandırılmalı,onların həbs edilməsi xalqın nəzarəti altında olmalıdır.Bu ,elə bir cinayətdir ki,bunu ancaq .... Əlbəttə,bu polislər hadisəni elə-belə törətməyiblər. Görünür,hakimiyyət onları bu şəkildə hazırlayıb.Ancaq nəıticənin necə olacağını düşünməyiblər.Yasamaldakı cinayət hadisəsi hamımıza aiddir.Onlar,nəinki həbs edilməli,...

Davud Talıbov 2020-06-11 17:48:22

Bu məsələnin cidd xarakterini nəzərə alaraq Milli Məclis bununlla əlaqədar dinləmələr təşkil etməli və ora DİN-nin rəhbərliyini dəvətt etməlidir.İlk öncə bu insidentin baş vermə səbəbləri (bir gün qabaq həmin həyətda baş verənər)uaraşdırılmalı və sanksiya və qərarsız vətəndaşların evinə basqın müzakirə olunmalı,nəticə ictimaiyyətə bildirilməlidir.Belə polis özbaçışalıqları normal cəmiyyətlərdə baş verməz!

oleq 2020-06-11 16:40:55

bizim polislər hələ də elə bilir ki,onların funksiyası vurub-dagıtmaqdan,qışqırıb-bagırmaqdan,yeri gəldi-gəlmədi söyüş söyməkdən ibarətdir,çünki əksəriyyəti orta təhsillivə zəif təhsili olanlardır

vidadi goyce 2020-06-11 13:51:18

sabir muellim,semimi olun sozu duzunu deyin tehsil olmayanda bu olmalidir

Partizan 2020-06-11 13:12:44

1937-ci ildə güllələnməyə aparılan adama da paltar geyməyə imkan verirdilər.

Cabir 2020-06-11 12:06:41

B dayanır.Bunu hakimiyyət anlamalıdır.Xalqla belə əftar yaramaz!unun arxasında ölkədə xaos

VÜSAL 2020-06-11 12:04:38

SABİR MÜƏLLİ,ONLAR VƏTƏNDAŞIN EVİNƏ QANUNSUZ SOXULUBLAR.ÇÜNKİ ONLARDA NƏ MƏHKƏMƏ QƏRARI NƏ DƏ SANKSİYA OLUB.BUNASADƏCƏ .... BASQINI DEYİLİR.ONA GÖRƏ ƏSAS CƏZALANMALI VƏ İCEİMAİYYƏTƏ İLDİRİLMƏLİ ŞƏXS BELƏ QANUNSUZ ƏMRİ VERƏN.HƏTTA ÇEVİK AIAYI BURA DƏVƏT EDƏN YETKİLİLƏRDİR.MƏSƏLƏ CİDDİ MÜZAKİRƏ OLUNMALI VƏ ÖLKƏDƏ NORMAL YAŞAM VƏZİYYƏTİ YARADILALIDIR.S İSƏ NƏ DEYİLDİYİ

Əkrəm 2020-06-11 11:20:01

Sabir bəy,vətəndaşın evində qanunsuzluq edənləri ora göndərən,instruktaj verənlər mövcuddur.Bəlkə icraçılar bir o qədər yox.onlara göstəriş,əmr verən ortaya çıxarılmalı və müvafiq qaydada cəzalandırılmalıdıır.Çünki belə olmasa belə halların tkrar olmayacaqını gözləmək mümkün deyil.Su yuxarıdan bulanıqdır.

Rüstəmxanlı-ya 2020-06-11 11:16:32

Sabir müəllim polisin bu anormal hərəkətlərini saytlardatənqid etmək kifayət deyil.Çünki indi polis bütün sərjhədləri aşaraq,ıhaliyə divan tutmaq yolu seçib.Bu məsələ Milli Məclisdə qaldırılmalı,müzakirə edərək qərar qəbul edilməli,polis haqda qanuna müvafiq dəyişikliklər edilməlidir.İlk öncə polisin hüququ varmı ki,məhkəmə qərarı və ya prokurorun sanksiyası olmadan vətəndaçların evinə soxulublat.bu ciddi faktdır və polisə öz yerni göstərməkdə gecikiriz.abelə hallarındavam etməməsi üçün Milli məclis və Prezident mühüm addımlar atmalı,insanların asayişi təmin edilməlidirEyni zamanda zibil atılma səbəblərini də yaddan çıxarmaq olmaz.Bu da polis özbaşınalğına etiraz kimi qəbul olunmalıdır.kezbunlijirrbypisləyib.

Əli 2020-06-11 11:11:53

Sabir müəllim! Sizin fikirləri tam dəstəkləyirik.

Son yazılar