İyunun 10-da keçirilən AMEA-nın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn Ümumi yığıncağında bir sıra elmi-təşkilati məsələlərə baxılıb.
AMEA-dan APA-ya bildirilib ki, iclasda AMEA Rəyasət Heyətinin nəzdində Sərbəst Elektron Resurslar Mərkəzinin və AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması, eləcə də AMEA-nın Fəlsəfə İnstitutunun adının dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılması məsələləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.


Şərhlər