Menu

Deputatların növbəti koronavirus testinin nəticəsi açıqlandı

11.06.2020, 16:21
Deputatların növbəti koronavirus testinin nəticəsi açıqlandı

Milli Məclisin (MM) deputatlarının, MM Aparatının və İşlər müdirinin xidmətinin işçilərinin növbəti koronavirus testinin nəticəsi açıqlanıb.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, indiyə qədər, o cümlədən sonuncu dəfə aparılan bütün koronavirus testinin nəticələri neqativ çıxıb.

Məlumatda bildirilib ki, indiyədək Milli Məclisin deputatlarının, Milli Məclis Aparatının və İşlər müdirinin xidmətinin işçilərində koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, koronavirus təhlükəsinə görə parlamentin girişində termovizor qurğusu quraşdırılıb. Həmin qurğu vasitəsilə Milli Məclisə daxil olan bütün şəxslərin hərarəti yoxlanılır.

Şərhlər

Deputat 2020-06-11 18:07:36

Ölkə üzrə 400 min adam test verib və 8 min xəstə aşkarlanıb.Deməli 2 %... Təqribi götürdüm. Ortabab ,ehtimal nəzəriyyəsı müəllimindən soruşsaq, 2,5 (məhz 2,5 ,çünki içərilərində yarımadamlar da var) dənə deputat xəstələnməliidi... Xeyir ola?....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol