Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb. "Report"un məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilib.
Bildirilib ki, strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir.


Şərhlər
Məncə burda Müdafiə Nazirliyin qınamaq yersizdi. Çünki onlar məlumat verirlər ki, o yolları nəzarətə götürmişik. Yolu nəzarətə götürmək isə o demək deyil ki, bu yoldan ermənilər istifadə etmir. Bizimkilər sadəcə gəlib gedənə nəzarət edirlər.
Ay müdafiə naziri,bu yolları düşmən bizim torpaqlarda çəkir.Bu nə məlumatdır? Bəs Siz niyə buna imkan verirsiiz?Sizin nəzarətiniz dedikdə nə düşünürsünüz?Orada bizim əsgərlər,bzim hərbi texnika varmı?Yalan və mənasız məlumatlarla milləti aldatmaq yetməzmi? n
Axşamınız xeyir.
Müdafiə nazirliyinin bu məlumatı,doğrudan da çox gülməlidir.ermənistan 30 ildir ki,bu yerlərə sahiblənib.Evlər tikir,yollar çəkir, SES-lər qurur.Artıq,ərazilərimiz "de-yure" erməninin ixtiyarına keçib.Utanmaz-utanmaz,deyirik ki,hər şey nəzarətimiz altındadır.Ayıbdır,Vallah,ayıbdır.Çoban nağılına oxşayır.
Bir azda sıxcaq, erməniləri Qarabağa metro tikməyə məcbur edəcəyik. Canları çıxıb yeraltı nəqliyyatdan istifadə məcburiyyətində qalacaqlar.