Liviya Rusiyanın və ya istənilən başqa ölkələrin onun daxili işlərinə qarışmasına imkan verməməlidir. Bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo bəyan edib.
Xəbər verildiyi kimi, o, Birləşmiş Millətlər Təşkilatının (BMT) çətiri altında Liviya Milli Razılıq Hökuməti (MRH) ilə marşal Xəlifə Həftarın qüvvələri arasında barışıq barədə razılığın əldə olunmasını yaxşı əlamət adlandırıb. Bu zaman Pompeo Liviyanı barışıq prosesinə Rusiyanı qoşmamağa çağırıb, çünki Rusiya bu ölkədə öz maraqlarını güdə bilər. Pompeo əlavə edib ki, indi Tripoli atəşin kəsilməsi barədə danışıqlara başlamalıdır.
Mayın axırında ABŞ silahlı qüvvələri (SQ) Afrika komandanlığı Moskvanı Liviya münaqişəsini alovlandırmaqda günahlanıdırıb.
AzPolitika.info


Şərhlər