Menu

Xırdalanda 30 yaşlı gənc güllə yarası alıb

12.06.2020, 00:34
Xırdalanda 30 yaşlı gənc güllə yarası alıb

Abşeron rayonunda 30 yaşlı şəxs ehtiyatsızlıqdan özünü güllələyib.“Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Şirəliyev Ramil Namiq oğlunun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində atəş açılıb və o güllə yarası alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona döş qəfəsinin sol yarısının deşilmiş yarası diaqnozu qoyulub, əməliyyata götürülüb.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol